Gənclər və İdman naziri Fərid Qayıbov Türk Şurasının baş katibi ilə görüşüb | |
Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib və baş katib Bağdad Amreyevlə görüşüb. Görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə olunub. Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir, birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib. Görüşdə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər. |
|
Xəbər 462 dəfə oxundu. |
|
|