Gələn il ağırlıqqaldırma üzrə Avropa çempionatı Bolqarıstanda keçiriləcək
Bolqarıstanın paytaxtı Sofiya 2022-ci ildə keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bunu TASS informasiya agentliyinə Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti vəzifəsini icra edən Maksim Aqapitov bildirib.

O, qeyd edib ki, qitə çempionatının aprel ayında Sofiyada keçirilməsi planlaşdırılır. Yarışın dəqiq tarixi daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, sonuncu dəfə Sofiya bu turnirə 2005-ci ildə ev sahibliyi edib. Ümumilikdə isə Bolqarıstanın paytaxtında artıq beş dəfə Avropa çempionatı və bir dəfə dünya çempionatı (1986-cı ildə) keçirilib.

Xəbər 534 dəfə oxundu.