Avropa kuboku yarışı: “Vüqar Həşimov” Sloveniya komandası ilə mübarizə aparacaq
Bu gün Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 6-cı turunun oyunları keçiriləcək.

Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 6-cı turda Sloveniyanın “Sloven Ruma” komandası ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandamız hazırda 7 xalla 8-ci pillədədir.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Xəbər 353 dəfə oxundu.