İnklüzivlik istiqamətində praktiki təlim-məşq seminarı keçiriləcək
Sentyabrın 20-də Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında “Sağlamlıq münasibətlərinin qorunması və müdafiəsi haqqında maarifləndirmə tədbirlərinin dəstəklənməsi” layihəsi çərçivəsində inklüzivlik istiqamətində praktiki təlim-məşq seminarı keçiriləcək.

Xüsusi, yardımçı məktəb və internatların komandalarının iştirak edəcəyi praktiki seminar zamanı idmançılar inklüzivlik istiqamətində öz fəaliyyətlərini nümayiş etdirəcəklər.

Layihə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə baş tutacaq.

Xəbər 367 dəfə oxundu.