Azərbaycan – Danimarka oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək | |
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib. Sentyabrın 21-də “ASK Arena”da keçiriləcək Azərbaycan – Danimarka qarşılaşmasını Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Maria Krcova yerinə yetirəcək. |
|
Xəbər 330 dəfə oxundu. |
|
|