Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər | |
Sentyabrın 15-də Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq. Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək. Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq. Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 861 dəfə oxundu. |
|
|