“Qəbələ”nin sabiq futbolçusu Deon Barton özünə yeni klub tapıb
“Qəbələ”nin sabiq futbolçusu Deon Barton özünə yeni klub tapıb. Baş məşqçi Fatih Kavlaka lazım olmayan 36 yaşlı yamaykalı futbolçu karyerasını İngiltərə çempionatında davam etdirəcək. O, bu ölkənin 2-ci divizionunda, yəni 4-cü liqasında oynayan “Gillinqem” komandasına keçib.

Qeyd edək ki, son 4 ildə 3 dəfə əfsanəvi Useyn Boltun əldə etdiyi “Yamaykanın ən yaxşı idmançısı” mükafatını 1997-ci ildə qazanan Barton Azərbaycanda 2 mövsüm çıxış edib.

Xəbər 1085 dəfə oxundu.