Azərbaycan komandası Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb | |
Sentyabrın 8-də ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunun oyunları start götürüb. Birinci diviziondan mübarizəyə qoşulan Azərbaycan millisi B qrupunda ilk qarşılaşmasını İsveç komandasına qarşı keçirib. Oyun şahmatçılarımızın 5,5:0,5 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın Çin komandası ilə növbəti görüşündə isə hesab 3:3 olub. Bu gün komandamız üçüncü qarşılaşmasını Macarıstan yığmasına qarşı keçirəcək. Növbəti iki gündə isə şahmatçılarımız Belarus, Hindistan, Moldova, Sloveniya, Misir və Fransa yığmaları ilə oynayacaq. Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər. Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar. Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək. |
|
Xəbər 805 dəfə oxundu. |
|
|