Cihat Arslan: "Hazırda Azərbaycan millisinin 5 futbolçusu ilə maraqlanırıq" | |
"Hazırda Azərbaycan millisinin 5 futbolçusu ilə maraqlanırıq. Adlarını hələlik sizə deməyəcəm. Açıqlasam, bilirəm ki, bu transferlərdən heç biri alınmayacaq. Mən isə bu şansı qaçırmaq istəmirəm". Bu sözləri "Karşıyaka"nın baş məşqçisi Cihat Arslan deyib. "Bank Asya" klubunun yaxınlarda baş məşqçisi təyin olunan mütəxəssis "Sport Favorit"ə açıqlamasında bildirib ki, Türkiyə Futbol Federasiyasının türkdilli ruspublikalardan olan futbolçulara güzəştə getməsi onların da ürəyincədi. Çünki Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan dəvət edilən oyunçular "Bank Asya"da legioner sayılmır. Hər komanda 2 beləsini sıralarına qata və onunla uzunmüddətli müqavilə bağlaya bilər. Arslanın dediyinə görə, ölkəmizdən gətizdirliyi oyun disklərini izlədikdən sonra menecerlərlə müvafiq söhbətlər aparıb. Ancaq Cihat bəyi qayğılandıran əsas məsələ futbolçularımızın qiymətidi: "Kimdən eşitsəz ki, Azərbaycanda yaxşı futbolçu olmadığını deyir, gülün ona. Çalışın, əhəmiyyət verməyin. Sizdə səviyyəli gənclər çox deyil. Amma az da deyil. Əksər yaxşı oyunçular milliyə götürülüb. Hamısının siyahısı var məndə. Menecerlərlə görüşüb, "maraqlanın bunlarla" demişəm. Qiymətlərini öyrənib mənə söyləməlidilər. "Bank Asya"da ortalama nə nədər pul olduğunu bilirsiz. Burada 1 ilə 500 min dollar qazanmaq da olar, ondan qat-qat aşağı da. "Karşıyaka"nın maliyyəsindən razıyam, komandanı idarə etməyə çatar. Bu ildən federasiya da klublara maddi cəhətdən kömək edəcək. Odu ki, heyətini gücləndirməyə hamının imkanı çatır. Sizinkilər layiq olduğu pulu Türkiyədə alar. Təki ikiqatını istəməsinlər. Mənə bəzi tanış menecerlər deyir ki, Azərbaycanda futbolçular dəyərindən xeyli artıq pul aldıqlarından, kənara getmirlər". Superliqaya vəsiqə ümidi ilə güclü kollektiv quran izmirlilərin çalışdırıcısı sentyabr-oktyabr aylarında ölkəmizə səfər edəcək. İlin sonunadək daha bir dəfə Bakıda olmağı planlaşdırır. Arslan millimizin və adını çəkməkdən imtina etdiyi 3 klubumuzun çempionat oyunlarını izləyərək, ən çox diqqətini çəkən futbolçularla yerində, necə deyərlər, isti-isti danışıqlar masası arxasına əyləşəcək. |
|
Xəbər 1025 dəfə oxundu. |
|
|