Avropa çempionatı: Rauf Məmmədov almaniyalı şahmatçı ilə mübarizə aparacaq | |
İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının doqquzuncu turunun oyunları keçiriləcək. Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda almaniyalı Vinsent Keymer ilə üz-üzə gələcək. Digər şahmatçılarımızdan Nicat Məmmədov rusiyalı Aleksey Sarana, Nicat Abbasov fransalı Mark Andria Maurizzi, Aydın Süleymanlı niderlandlı Liam Vrolijk, Read Səmədov islandiyalı Stefansson Hannes ilə qarşılaşacaqlar. Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə 6,5 xalla 1-3-cü yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədov isə liderdən cəmi yarım xal (6 xal) geri qalır. Digər şahmatçılarımız N.Abasov, A.Süleymanlı və R.Səmədov 4,5 xal toplayıblar. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. |
|
Xəbər 385 dəfə oxundu. |
|
|