FHN-in Avropa çempionu olan əməkdaşı ilə görüş keçirilib | |
Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Finlandiyanın Tempere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatında qızıl medal qazanan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Nihad Kərimzadə ilə nazirliyin İdman-sağlamlıq klubunda görüş keçirilib. FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalib idmançını təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb. Qeyd edək ki, turnirdə 45 ölkədən 1090-dan çox idmançı mübarizə aparıb. Yarışda iştirak etmiş nazirliyin İdman-sağlamlıq klubunun karate komandasının üzvü N.Kərimzadə 70 kiloqramdan yuxarı çəki dərəcəsində kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Xatırladaq ki, idmançının ilk məşqçisi Əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir. |
|
Xəbər 349 dəfə oxundu. |
|
|