“Neftçi”nin rəqibi İsrail kuboku yarışlarının finalına yüksəlib
Bakının “Neftçi” klubunun Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) İsrail kuboku yarışlarının finalına yüksəlib.

Hayfa təmsilçisi yarımfinalda “Hapoel”i (Təl-Əviv) 2:0 hesabı ilə məğlub edib. “Makkabi”nin qollarını Məhəmməd Abu-Fani və Din David vurublar.

“Makkabi” finalda “Hapoel” (Beer-Şeva) ilə qarşılaşacaq. Oyun sentyabrın 21-də keçiriləcək.

“Neftçi” klubu “Makkabi” ilə ilk oyunda 3:3 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab oyunu avqustun 26-da İsraildə təşkil olunacaq.

Xəbər 334 dəfə oxundu.