UEFA-dan qeyri-adi qərar: “Neftçi” ilk oyunu Bakıda keçirəcək | |
Avrokuboklarda “Neftçi”nin Kiprin APOEL klubu ilə oyunlarının yeri dəyişdirilib. UEFA komandamızın Avroliqanın son təsnifat mərhələsində avqustun 23-də ilk matçını evdə, 30-da cavab oyununu səfərdə keçirəcəyini göstərib. Halbuki dünən UEFA-da keçirilən püşkə görə APOEL ilk oyunda meydan sahibi olmalı idi. Ancaq kiprlilər avqustun 23-də Bakıda “Dalğa Arena”da qonaq olacaq. Bundan 1 həftə sonra cavab oyunu paytaxt Nikosiyada keçiriləcək. |
|
Xəbər 873 dəfə oxundu. |
|
|