Azərbaycan milli Paralimpiya komandasının missiya üzvləri “Tokio-2020” üçün fəaliyyətə başlayıblar | |
Azərbaycan milli Paralimpiya komandasının missiya üzvləri “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları üçün fəaliyyətə başlayıblar. Üzvlərinin keçirdiyi ilk iclasda “Tokio-2020” Təşkilat Komitəsinin nümayəndələri də iştirak ediblər. İclasda təşkilati məsələlər müzakirə olunub. Missiya rəhbəri Rauf Mürsəlov nəzərdə tutulan əsas məsələlər haqqında məlumat verib. Qeyd edək ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək. |
|
Xəbər 369 dəfə oxundu. |
|
|