“Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov turnirdə 6-cı yeri tutub | |
ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turnirinə yekun vurulub. Ş.Məmmədyarov turnirin blits yarışının son 9 turunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 4 turda məğlub olub. Şahmatçımız rapid və blits turnirlərində ümumi nəticəyə görə, 17 xalla 6-cı yeri tutub. Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edib. Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub. |
|
Xəbər 644 dəfə oxundu. |
|
|