"Grand Chess Tour": Şəhriyar Məmmədyarov rapid turnirinin son turlarında mübarizə aparacaq | |
ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir. Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparacaq. Şahmatçımız 7-ci və 8-ci turlarda ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və 9-cu turda macarıstanı Riçard Rapportla qarşılaşacaq. Qeyd edək ki, ötən 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 6 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir. Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub. |
|
Xəbər 338 dəfə oxundu. |
|
|