Yeniyetmə şahmatçımız dünya kuboku yarışlarında liderliyini davam etdirir | |
Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir. 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir. On iki yaşadək idmançıların yarışında təmsilçimiz Azadəli Cahangirov 8 turdan sonra maksimum xalla liderliyini davam etdirir. Artıq 10 yaşlı oğlanlar və 18 yaşadək qızlar arasında seçmə yarışlar yekunlaşıb. On yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Xaqan Əhməd 9 xalla birinci yeri tutub. On səkkiz yaşadək qızlar arasında keçirilən seçmə yarışda isə təmsilçilərimizdən Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar. Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır. Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək. |
|
Xəbər 379 dəfə oxundu. |
|
|