Tokio-2020: Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışını başa vurub | |
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" əvvəlcə 5 topla çıxış edib. Hakimlər onların çıxışını 36,700 balla qiymətləndiriblər. Azərbaycan komandası bu mübarizəni 14 ölkə arasında 10-cu yerdə başa vurub. Qrup hərəkətlərindən ibarət komandaların 3 halqa və 2 cüt gürzlə çıxışları baş tutacaq. Təsnifat mərhələsində 14 ölkə arasında ilk "8-liy"ə düşən komandalar finala çıxacaqlar. |
|
Xəbər 379 dəfə oxundu. |
|
|