Azərbaycan atleti Anna Skidan Olimpiya Oyunlarında mübarizəni dayandırıb | |
Tokio Olimpiadasının çəkicatma yarışında mübarizə aparan Azərbaycan atleti Anna Skidan təsnifat mərhələsində 69,57 metrlik nəticə göstərib. Bu göstərici təmsilçimizin növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib. A.Skidan 16 atletin mübarizə apardığı A qrupunda səkkizinci yeri tutaraq Olimpiadada mübarizəni dayandırıb. Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası ilk medalını “Tokio-2020”nin səkkizinci günündə qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. İdmançımız finala vəsiqə uğrunda bu gün kubalı Arlen Lopez ilə qarşılaşacaq. |
|
Xəbər 432 dəfə oxundu. |
|
|