İrina Kindzerska: “Fəxr edirəm ki, Azərbaycan üçün ilk medalı mən qazandım” | |
“Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu var. Sadəcə, çalışmaq lazımdır”. Bunu Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska açıqlamasında deyib. “Çox xoşbəxtəm, hisslərimi ifadə edə bilmirəm. Biləndə ki, qalibəm, həyacandan başım gicəlləndi, bir anlıq mənim üçün hər şey dəyişdi. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu var. Bunun üçün sadəcə çalışmaq lazımdır. İnanıram ki, qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan olacaq. Bu gün yarışa maksimum hazır idim, qalib olacağıma inanırdım. Mənə inam və dəstəklərinə görə məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına, Vitse-prezident Sadıq Sadıqova minnətdaram. Ən böyük təşəkkürümü isə ailəmə, yaxınlarıma bildirirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənə inandılar və dəstək oldular. Mən fəxr edirəm ki, ilk medalı Azərbaycan üçün mən qazandım. Ümid edirəm, Azərbaycan idmançıları gələcək günlərdə yenə Azərbaycana medallar qazanacaqlar”. |
|
Xəbər 470 dəfə oxundu. |
|
|