Azərbaycan Tokio-2020-də ilk medalını qazandı | |
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medal qazanıb. Qeyd edək ki, bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən indiyədək ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib. |
|
Xəbər 436 dəfə oxundu. |
|
|