“Keşlə” klubu UEFA Konfrans Liqasında mübarizəsini dayandırıb | |
Azərbaycan təmsilçisi “Keşlə” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb. keşləlilər doğma azarkeşlər önündə Rusiyanın "Soçi" komandasını qəbul edib. "ASK Arena" stadionunda baş tutan görüş qonaqların 4:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Oyunun 21-ci dəqiqəsində rəqibin heyətində Marko Duqandziç hesabı açıb. Matçın 35-ci dəqiqəsində "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib. İlk hissə bu hesabla yekunlaşıb. Oyunun ikinci hissəsinin əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmanın 52-ci dəqiqəsində Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqasında mübarizəsini dayandırıb. |
|
Xəbər 358 dəfə oxundu. |
|
|