Azərbaycan təmsilçisi badminton idman növündə Olimpiya Oyunlarında debüt edəcək
İyulun 27-də badminton idman növündə Azərbaycan təmsilçisi Olimpiya Oyunlarında debüt edəcək.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz Edi Reski Dviçayo “L” qrupunda ilk görüşünə çıxacaq. Görüşdə E.R.Dviçayo Vyetnam idmançısı Tien Minh Nguyenlə qarşılaşacaq. M.Nguyen ilk görüşdə bu qrupda yer alan digər badmintonçu danimarkalı Anders Antonsenə 0:2 hesabı ilə uduzub. E.R.Dviçayo qrupda son oyununu iyulun 28-də A.Antonsenə qarşı keçirəcək.

Turnirin reqlamentinə əsasən 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibləri səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 331 dəfə oxundu.