Dünya kuboku: Şahmatçımız Vasif Durarbəyli rəqibi ilə tay-brekdə mübarizə aparacaq
Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

Onaltıdabir finalda şahmatçımız Vasif Durarbəyli özbəkistanlı Nadirbek Abdusattorovla cavab oyununda məğlub olub. İlk partiyada şahmatçımız qələbə qazandığından hesab bərabərləşib. Şahmatçılar tay-brekdə mübarizə aparacaqlar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Xəbər 459 dəfə oxundu.