Azərbaycanlı hakim və həkim “Tokio-2020”yə dəvət alıblar
Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib.

BOK iki həmyerlimizi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib.

Olimpiadanın boks yarışlarında referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq. Leyla Nəsirova isə Olimpiadanın boks yarışlarında həkim kimi çalışacaq.

Qeyd edək ki, “Tokio-2020”də Azərbaycanın beş boksçusu mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.
“Tokio-2020”nin boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.

Xəbər 423 dəfə oxundu.