Azərbaycan boksçularının Tokioda açıq havada məşqi təşkil olunub | |
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiya paytaxtında olan Azərbaycan boksçularının iyulun 22-də açıq havada məşqi təşkil edilib. Boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev idmançıların Olimpiadaya hazırlığı barədə danışarkən deyib: “Yarışın başlamasına çox az qalıb. Komandamız bu gün də məşqləri davam etdirir, çəkilər yoxlanılır. Axşam saatlarında püşkatmadan sonra idmançılarımızın ilk rəqibləri müəyyənləşəcək”. Qeyd edək ki, “Tokio-2020”də Azərbaycanın beş boksçusu mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar. “Tokio-2020”nin boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək. |
|
Xəbər 432 dəfə oxundu. |
|
|