Dünya kuboku: Şəhriyar Məmmədyarov tey-brekdə mübarizə aparacaq | |
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. Bu gün dünya kubokunun üçüncü mərhələsində şahmatçılar tay-brekdə mübarizə aparacaqlar. Belə ki, otuz ikidəbir finalda Şəhriyar Məmmədyarov ilə ermənistanlı Haik Martirosyan arasında hesab bərabər olduğundan şahmatçılar tay-brekdə üz-üzə gələcəklər. Qeyd edək ki, şahmatçılarımızdan yalnız Vasif Durarbəyli üçüncü mərhələdə rəqibi çexiyalı David Navaranı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Yığmamızın digər üzvləri - Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova rəqiblərinə məğlub olaraq turniri tərk ediblər. Bundan əvvəl isə şahmatçılarımız Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar. Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq. |
|
Xəbər 846 dəfə oxundu. |
|
|