"Qarabağ" klubu Avstriyada ilk yoxlama oyununda qalib gəlib | |
Avstriyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu ilk yoxlama oyununu keçirib. Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qarşılaşıb. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub. Qeyd edək ki, "Qarabağ" iki həftəlik hazırlıq prosesi çərçivəsində iyulun 11-də Rusiyanın "Arsenal" (Tula), dörd gün sonra isə Almaniyanın "Auqsburq" kollektivi ilə qüvvəsini sınayacaq. |
|
Xəbər 407 dəfə oxundu. |
|
|