Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Komandamızın təlim-məşq toplanışı Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub. Baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında təşkil olunan hazırlıq prosesinə 15 oyunçu qatılıb. Komandamızın hazırlıq prosesi avqustun 11-dək davam edəcək. Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. |
|
Xəbər 381 dəfə oxundu. |
|
|