London 2012: ağırlıqqaldırma yarışları xoşagəlməz hadisə ilə başa çatıb | |
London Yay Olimpiya Oyunlarında keçirilən ağırlıqqaldırma yarışları xoşagəlməz hadisə ilə başa çatıb. Çəkisi 105 kq-dan yuxarı olan idmançıların turniri almaniyalı Matias Ştaynerin zədələnməsi ilə nəticələnib. 196 kq çəkini əlindən buraxan almaniyalı ştanqın altında qalıb. Onun boynuna düşən ağırlıq idmançını yerə sıxıb. İdman qurğusunun əməkdaşları onun köməyinə çalışsa da, Matias özü ayaga qalxa bilib. Buna baxmayaraq almaniyalı tibbi müayinədən keçməyə yollanıb. |
|
Xəbər 1213 dəfə oxundu. |
|
|