“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Füzuli rayonunda keçirilib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Füzuli rayonunun Qazaxlar kəndində təşkil olunub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, tədbirdə iştirak edən qonşu - Əhmədalılar və Mirzənağılı kəndlərindən ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, deputatlar Vüqar Bayramov və Sabir Hacıyev iştirak ediblər.

Qeyd edək ki, “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilir.

AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejiminin tələblərinə əməl olunmaqla respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə layihə çərçivəsində tədbirlər təşkil edilib.

Xəbər 404 dəfə oxundu.