Avropa kubokunda Azərbaycanı 10 cüdoçu təmsil edəcək | |
İyulun 3-də Portuqaliyada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək. Turnirdə Azərbaycanı 10 cüdoçudan ibarət komanda təmsil edəcək. Belə ki, yarışda Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Turnir iyulun 4-də başa çatacaq. |
|
Xəbər 439 dəfə oxundu. |
|
|