Voleybolçumuz Odina Əliyeva Braziliya klubu ilə anlaşıb | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Otuz bir yaşlı hücumçu “Bauru” klubu ilə razılığa gəlib. Voleybolçumuz “Bauru”nun 2021/2022-ci il mövsümü öncəsi ilk transferidir. Qeyd edək ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova da "Bauru" klubunda çıxış edir. |
|
Xəbər 443 dəfə oxundu. |
|
|