“Grand Chess Tour”: Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
İyunun 22-də Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi - blits turnirinin son turları keçirilib.

Şahmatçımız bu gün 9 turda mübarizə aparır. T.Rəcəbov keçirilən turlarda Alireza Firuzcaya məğlub olub (FIDE), Uesli So (ABŞ), Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edib. Növbəti turlarda Fabiano Karuana (ABŞ), Riçard Rapporta (Macarıstan), Maksim Vaşye-Laqrava (Fransa) uduzan şahmatçımız sonrakı turlarda Peter Svidlerə (Rusiya), Levon Aronyana (Ermənistan) qalib gəlib. T.Rəcəbov son turda Vladimir Kramnik (Rusiya) ilə mübarizə aparır.

Qeyd edək ki, iyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışları keçirilib. Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.


Xəbər 426 dəfə oxundu.