Yaponiyanın təqaüdçü polis məmurları yarışlar zamanı Tokio Olimpiadasının obyektlərini qoruyacaqlar | |
Yaponiyanın 65 - 87 yaş arası təqaüdçü polis məmurları Tokio Olimpiadasının obyektlərini qorumaq üçün könüllü kimi fəaliyyət göstərəcəklər. Veteran polis zabitləri qrupuna hazırda 90 nəfər daxildir. Onlar, əsasən Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Tokio Milli Stadionunda növbətçi olacaqlar. Veteranlar tamaşaçıların əşyalarını yoxlayıb, insanların axınını tənzimləməkdə iştirak edəcəklər. Bundan başqa veteran polislər Olimpiya iştirakçılarına və qonaqlarına qarşı təhdidlər baxımından sosial şəbəkələrdəki yazıları da nəzarətdə saxlayacaqlar. Mərasimdə heyət polis məmuru kimi “Tokio-1964” Olimpiadasında mühafizəçi kimi fəaliyyət göstərən 87 yaşlı Yuzo Suzuki tərəfindən təqdim edilib. O, veteran yoldaşlarını Olimpiya Oyunlarının təhlükəsiz və əyləncəli keçirilməsi üçün əllərindən gələni etməyə çağırıb. Tokio rəhbərliyi indiki olimpiadaya nə qədər polis məmurunun cəlb ediləcəyini hələ açıqlamasa da, onların sayının ən azı 5 min nəfərə çatacağı ehtimal edilir. AZƏRTAC |
|
Xəbər 429 dəfə oxundu. |
|
|