Frank Bernhardt ölkəmizə 18 futbolçu gətirəcəkdir
Avqustun 15-də Bayıl qəsəbə stadionunda Azərbaycan və Estoniyanın 21 yaşadək futbolçulardan ibarət komandaları arasında yoxlama oyunu keçiriləcəkdir.
Estoniya yığmasının baş məşqçisi Frank Bernhardt ölkəmizə 18 futbolçu gətirəcəkdir. Heyətdə Hollandiya “Vitess”i və Norveç “Vikinq”inin oyunçuları da var.
Estoniya millisinin heyətində qapıçılar - Marko Meerits (“Vitess”, Hollandiya), Mait Toom (“Flora”), müdafiəçilər - Mikk Reintam (“Yuvaskulya”, Finlandiya), Andrey Veys (“Paide Linnameeskond”), Karol Mets (“Flora”), Aleksandr Kulinits, Artyom Artyunin, Maksim Podholyuzin (hamısı “Levadiya”), yarımmüdafiəçilər - Meelis Peytre, Karl-Erik Luigend, Karl Myuul (hamısı “Flora”), Siim Tenno (“Tammeka”), Marek Kalyumae, İlya Antonov, İqor Subbotin (hamısı “Levadiya”), hücumçular - Rauno Alliku (“Flora”), Artur Ryattel (“Levadiya”) və Henri Anier (“Vikinq”, Norveç) yer almışlar.
Qeyd edək ki, Bayıl qəsəbə stadionunda keçiriləcək matç arenanın açılış oyunu olacaqdır.
AzərTAc

Xəbər 1094 dəfə oxundu.