“Avro-2020”: Bu gün Avropa çempionatının qrup mərhələsinin III turunun daha dörd oyunu keçiriləcək | |
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun daha dörd qarşılaşması oynanılacaq. B və C qrupunda hərəyə iki oyun oynanılacaq. C qrupundakı oyunlar saat 20:00-da, B qrupunda isə saat 23:00-da təşkil olunacaq. İki turdan sonra xalı olmayan Şimali Makedoniya yığması qrup lideri (6 xal) Niderland seçməsi ilə, Ukrayna isə Avstriya millisi ilə qarşılaşacaq. Niderlandlılar ötən turdan sonra növbəti mərhələyə vəsiqəsini təmin edib. “Yoxan Kroyff” stadionunda baş tutan görüşü Türkiyə FİFA referisi Cüneyt Çakır idarə edəcək. C qrupunun əsas maraq doğuran görüşü Buxarestdə “Milli Arena”da oynanılacaq. Ukrayna millisi Avstriya seçməsi ilə qarşılaşacaq. Bu görüşdə növbəti mərhələyə adlayan komandanın adına aydınlıq gələcək. Avstraliyalılar bu matçda mütləq rəqibinə qalib gəlməlidir, heç-heçə Ukrayna seçməsini pley-off mərhələsinə çıxardacaq. Günün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq son iki görüşü B qrupunda yer alan komandalar arasında oynanılacaq. “Sankt-Peterburq Arena”da Finlandiya seçməsi artıq pley-offa vəsiqəni təmin edən Belçika yığması ilə, Kopenhagendəkı “Parken” stadionunda isə Rusiya isə Danimarka millisi ilə üz-üzə gələcək. Bu qrupda iki turdan sonra aktivində 6 xalı olan Belçika millisi başçılıq edir. Hərəyə 3 xalı olan Rusiya və Finlandiya seçmələri 2-ci və 3-cü yerləri bölüşürlər. Danimarka isə 0 xalla dördüncü yerdə qərarlaşıb. Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. |
|
Xəbər 420 dəfə oxundu. |
|
|