"Avro-2020": Bakıda personajların növbəti keçidi olub | |
“Avro-2020”nin qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edən Bakıda iyunun 18-də personajların keçidi olub. Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər. Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq. Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edən hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur. Qeyd edək ki, Avropa çempionatı iyulun 11-dək davam edəcək. Bakı Olimpiya Stadionunda A qrupu çərçivəsində İsveçrə - Uels (1:1) və Türkiyə - Uels (0:2) oyunları təşkil olunub. İyunun 20-də Bakıda Türkiyə - İsveçrə qarşılaşması, eləcə də iyulun 3-də dörddəbir final mərhələsinin bir oyunu baş tutacaq. |
|
Xəbər 406 dəfə oxundu. |
|
|