Şahmat üzrə “Masters” turnirində Nicat Abasov məğlubiyyətsiz irəliləyir | |
İyunun 16-da ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin üçüncü turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov üçüncü turda qara fiqurlarla Polşanın ən güclü şahmatçısı Yan-Kşıştof Duda ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb. Turun digər oyunlarında polşalı digər şahmatçı Radoslav Voytaşek niderlandlı Jorden Van Forestlə, Çexiya təmsilçisi Tay Dan Van Nquyen isveçli Nils Qrandeliusla heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isə Çexiyanın digər şahmatçısı David Navaranı məğlub edib. Üç turun birini qələbə, ikisini heç-heçə ilə başa vuran N.Abasov 2 xalla ikinci yerdə qərarlaşıb. Turnir 7 turdan ibarətdir. |
|
Xəbər 433 dəfə oxundu. |
|
|