Şahmat üzrə “Masters” turnirində Nicat Abasov ilk qələbəsini qazanıb | |
Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin ikinci turunun oyunları keçirilib. İkinci turda ağ fiqurlarla mübarizə aparan şahmatçımız isveçli rəqibi Nils Qrandeliusu məğlub edib. Bununla da N.Abasov yarışda ilk qələbəsini qazanıb. Turun digər oyunlarında polşalı şahmatçılar Radoslav Voytaşek çexiyalı şahmatçı David Navaranı məğlub edib, Yan-Kşıştof Duda isə ABŞ təmsilçisi Sem Şenklanda uduzub. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə heç-heçə edib. Qeyd edək ki, şahmatçımızın birinci turdakı qarşılaşması heç-heçə ilə başa çatıb. Turnir 7 turdan ibarətdir. |
|
Xəbər 423 dəfə oxundu. |
|
|