Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizəddir | |
Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizəddir. Beynəlxalq quruma prezident seçkiləri noyabrın 6-da Antalyada təşkil olunacaq konqres çərçivəsində keçiriləcək. F.Qayıbov ilə yanaşı, hazırkı prezident Morinari Vatanabe də namizədliyini irəli sürüb. Seçiləcək yeni prezident 2022-ci il yanvarın 1-dən üç il müddətinə FIG-yə rəhbərlik edəcək. |
|
Xəbər 417 dəfə oxundu. |
|
|