“Neftçi”nin yeni mövsüm üçün hazırlıq planında dəyişiklik olub
Bakının “Neftçi” futbol klubunun yeni mövsüm üçün hazırlıq planında dəyişiklik olub.

Təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə, “Neftçi” Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu baş tutacaq.

“Neftçi” iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), ayın 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Xəbər 402 dəfə oxundu.