Nicat Abasovun "Masters" turnirində ilk qarşılaşması heç-heçə ilə başa çatıb | |
Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin birinci turunun oyunları keçirilib. Şahmatçımızın birinci turda niderlandlı Jorden Van Forestlə qarşılaşması heç-heçə ilə başa çatıb. Turnirin digər oyunlarında polşalı Yan-Kşıştof Duda Çexiya təmsilçisi David Navaraya qalib gəlib, onun həmyerlisi Radoslav Voytaşek isə digər çexiyalı şahmatçı Tay Dan Van Nquyen ilə heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isveçli Nils Qrandelius qarşılaşması da bərabərlik şəraitində başa çatıb. Turnir 7 turdan ibarətdir. |
|
Xəbər 658 dəfə oxundu. |
|
|