Aqşin Kazımzadənin vəfatından 10 il ötür | |
Mərhum idman yazarımız, əməkdar jurnalist Aqşin Kazımzadənin vəfatından 10 il ötür Tanınmış alim Zəki Kazımzadənin ailəsində boya-başa çatan Aqşin Kazımzadə jurnalistikada ilk addımlarını 1956-cı ildə, hələ Azərbaycan Sənaye İnstitutunun (indiki Dövlət Neft Akademiyasının) tələbəsi olarkən, “Molodyoj Azerbaydjana” qəzetində atıb. Sonralar o, “Fizkulturnik Azerbaydjana” (indi ”İdman”) və “Panorama” qəzetlərinə rəhbərlik edib, “Bakinski raboçi”, “Günay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Kaspi“ və digər rusdilli nəşrlərdə çalışıb. “Sovetski sport” qəzetinin müxbiri olub. Xüsusi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında - İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub. 90-cı illərin əvvəllərində “İdman” qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi. Bir müddətdən sonra Kazımzadə həftəlik “AFFA NEWS”a rəhbərlik etdi. Sonra isə hamıya yaxşı tanış olan “Panorama” qəzetində idman şöbəsinin müdiri vəzifəsini tutdu və qısa müddətdən sonra bu qəzetin baş redaktoru oldu. Sonralar jurnalist fəaliyyətini “Trend” informasiya agentliyində, “Səhər”, “Günay”, “Bizim əsr”, “Zerkalo”, “Vışka”, “Bakinski raboçi” qəzetlərində davam edirib. Bir müddət “Azərenerji” ASC-nin mətbuat xidmətinə rəhbərlik edib. Ömrünün son illərində yazıları “Kaspi” və “İdman” qəzetlərində dərc olunurdu. Azərbaycanın Əməkdar jurnalisti, milli “Qızıl qələm”, “İnam”, Həsən bəy Zərdabi adına mükafatların laureatı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü olub, “Tərəqqi” medalı və çoxlu fəxri diplomlara layiq görülüb. Həyatda və peşəsində öz yolunu, öz yerini tapmağı bacaran, 70 ildən azacıq çox yaşayan istedadlı və parlaq insan 2011-ci ildən aramızda yoxdur. |
|
Xəbər 387 dəfə oxundu. |
|
|