Teymur Rəcəbov Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində Levon Aronyan ilə heç-heçə edib | |
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirib. 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyan ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb. Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov hazırda fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşır. Aktivində 5,5 xal olan şahmatçımıza turnirin qalibi olması üçün heç-heçə də kifayət edir. |
|
Xəbər 377 dəfə oxundu. |
|
|