Şəhriyar Məmmədyarov “Grand Chess Tour” turnirinin qalibi olub | |
Qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub. 36 yaşlı şahmatçımız yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb. Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub. |
|
Xəbər 436 dəfə oxundu. |
|
|