“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov turnir cədvəlində liderliyini davam etdirir | |
Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçiriləcək. Rumıniyada keçirilən turnirin növbəti turunda Ş. Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupulesku, Teymur Rəcəbov isə niderlandlı Aniş Giri ilə mübarizə aparacaq. Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində liderliyini davam etdirir. Rusiyalı Aleksandr Qrişuk və ABŞ təmsilçisi Uesli So 4 xalla sonrakı pillələrdə qərarlaşıblar. T.Rəcəbov isə 3,5 xalla 4-7-ci yerləri bölüşür. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq. |
|
Xəbər 423 dəfə oxundu. |
|
|