Cüdo üzrə kişilərdən ibarət milli komanda Qusarda təlim-məşq toplanışını davam etdirir | |
Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Qusarda təlim-məşq toplanışını davam etdirir. Həftənin ilk günlərindən Şahdağda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir. Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Millinin toplanışında hazırda Budapeştdə keçirilən dünya çempionatına qatılmayan cüdoçular iştirak edirlər. Belə ki, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və digər cüdoçularımız məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər. Qeyd edək ki, cüdo üzrə yığmamız qarşıdan gələn mühüm yarışa - Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Dünya çempionatından qayıdacaq cüdoçularımız da yaxın günlərdə millimizin Şahdağ düşərgəsinə qoşulacaqlar. |
|
Xəbər 455 dəfə oxundu. |
|
|