“Gelfand Challenge”: Günay Məmmədzadə növbəti 5 turda mübarizə aparıb
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turunun oyunları keçirilib.

Şahmatçımız bu qarşılaşmaların ikisində qələbə qazanıb, birində heç-heçə edib, daha ikisində isə məğlub olub. G.Məmmədzadə 6 xalla turnir cədvəlində 8-ci yerdədir.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, beş turnirdən ibarət olan “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

Xəbər 401 dəfə oxundu.