“Gelfand Challenge”: Şahmatçımız Günay Məmmədzadə növbəti 5 turda iştirak edəcək
Bu gün Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turu keçiriləcək.

Şahmatçımız növbəti turlarda Avonder Liang (ABŞ), Sarasad Xademalşarieh (İran), Volodar Murzin (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Karissa Ip (ABŞ) ilə mübarizə aparacaq.

Şahmatçımız turnirin ilk 5 turunda 3,5 xal toplayaraq 3-4-cü yerləri bölüşür.

Yarışda hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.

“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

Xəbər 523 dəfə oxundu.